Azərbaycan polisi 110 ədəd sənədsiz diri toyuq aşkarladı

Martın 18-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və  Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Xızı rayonu ərazisində reyd keçirib.

 

Buta.media-nın məlumaına görə, Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb. 


 
Yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ