Erməni dilində hərbi əmr göndərdik - DTX Vətən müharibəsində - VİDEO

Müharibə zamanı qanunsuz erməni silahlı birləşmələrinin komandirlərinin, onların əsgərlərinin telefon nömrələri bizə bəlli idi. Onlar bizim bir çox kibermüdaxiləmizi görüb bunun nəticələrindən sarsıldılar. Buna görə də interneti kəsdilər və yalnız SMS vasitəsilə məlumatlanırdılar.

Buta.media məlumatına əsasən, bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı bildirib.  

“Biz erməni komandirlərin adından bütün əsgərlərə erməni dilində hərbi əmr göndərdik. Səhərə yaxın saat 4-də erməni dilində göndərdiyimiz mesajda belə yazılmışdı: “Dörd yolda toplanın və təzə əmr gələcək. Konfidensiallıq baxımından əmr açıqlanmır”, - deyə DTX nümayəndəsi əlavə edib.

O qeyd edib ki, ermənilər deyilən zamanda həmin məntəqəyə toplaşıblar:

“Bundan sonra pilotsuz uçuş aparatlarımız hərbi əməliyyatları yerinə yetirdi”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ