Ermənilərin qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd  və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Bu barədə Buta.media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ