Gömrük əməkdaşları bir neçə aydır maaş almırlar. Onlar hətta məhkəməyə müraciət ediblər

Dövlət Gömrük Komitəsinin əməkdaşları bir neçə aydır əməkhaqqı ala bilmir. Bu barədə “Qafqazinfo”ya həmin qurumda çalışan şəxslər müraciət ediblər.  

Şikayətçilər bildiriblər ki, , oktyabr ayından bəri komitədə işçilərə məvacib verilmir. Həmçinin bu müddət ərzində məzuniyyət pulunu da ala bilməyənlər, buna görə haqlı olaraq narazılıq edənlər var. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də az deyil. 

DGK əməkdaşları yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini, artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər. 

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi şərh verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ