Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu barədə Buta.media-ya Baş Prokurorluqdan məlumat verilib.
M.Şirvanova Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib.
Xatırladaq ki, M.Şirvanov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlundan əvvəl sözügedən vəzifədə çalışıb. M.Qurbanov da bir neçə gün əvvəl həbs olunub.