İçib "102"yə 11 dəfə zəng etdi, həbs olundu

Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə bir gündə 11 dəfə zəng edən şəxs həbs edilib.

"Qaynarinfo"nun məlumatına görə, aparılan araşdırma zamanı müəyyənləşdirilib ki, 1975-cı il tarixdə Laçın rayonunda doğulmuş D.M. hadisəni içkili halda törədib.

Belə ki, Kürdəmir şəhəri, Yeni Qəsəbə ünvanında yaşayan D.M. spirtli içki qəbul edib və saat 13 radələrindən başlayaraq 11 dəfə DİN-in "102" xidmətinə zəng vurub. Daha sonra yaşadığı ünvanda həyətə çıxaraq söyüş söyməyə başlayıb.

Məhkəmənin qərarı ilə, D.M. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 gün müddətinə inzibati həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ