Müharibədə iştirak etmiş hərbçilərə bu tarixdən təqaüd veriləcək

“İndiyə qədər altı qurum üzrə “Müharibə veteranı” statusu təyin edilib. Onlara aylıq təqaüdün verilməsi başlanılıb”.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır:

“Bu ay ərzində Müdafiə Nazirliyinin müvafiq siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır.

Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də “Müharibə veteranı” təqaüdünün verilməsinə başlanıla bilər. Proses qısa müddətdə yekunlaşacaq”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Mənbə: Oxu.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ