Rəis müavini qəzada həlak oldu

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir. O, Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini idi.

Cavid İsmayılzadənin atası polkovnik Namiq İsmayılov isə əvvəllər Binəqədi və daha sonra Abşeron Rayon Polis İdarəsinin rəisi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ