Nəcməddin Sadıkov uzun müddət sonra görüntüləndi - foto

Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.

“Unikal”ın məlumatına görə, N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib. O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.

27-28 sentyabr tarixlərində keçirilən yarışları N. Sadıkov və E. Quliyevlə birgə, maliyyə naziri Samir Şərifov da izləyib.

Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında o, tutduğu vəzifədən azad edilib.

N.Sadıkovun adı bir neçə cinayət işində hallanır. O, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqında bəzi təqsirləndirilən şəxslər ona pul verdiklərini deyiblər. Həmin işlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Sadıqov barəsində cinayət təqibi aparılır.

Bundan başqa, Müdafiə Nazirliyinin sabiq baş zabiti Zahid Niftəliyev də öz məhkəməsində Nəcməddin Sadıkovu ittiham edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ