Azərbaycan Silahlı Qüvvələrinin II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilməsinə münasibət bildirib.
O bu barədə Gununsesi.info saytına danışıb.
“Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”, M. Bərxudarov deyib.
“Orduda yeni yüksək təyinat gözləyirsinizmi” sualına gəlincə, general-leytenant “Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”, - cavabını verib.
Qeyd edək ki, Mais Bərxudarovun yerinə II ordu korpusunun komandiri vəzifəsinə general-mayor Quliyev Vilayət Bərxuda oğlu təyin olunub.
Vilayət Quluyev Şuşanın azad edilməsində iştirak edən zabitlərdən olub. Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.
Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin də işğaldan azad edilməsində iştirak edib.
O göstərdiyi şücaətə görə Prezidentin Sərəncamı ilə “Rəşadət” ordeni ilə təltif edilib.
General-mayor Vilayət Quliyev