Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xatırladaq ki, sentyabrın 26-da da saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ