Azərbaycanda silahla ehtiyatsız davranan leytenant həlak olub

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, əslən Ağdam rayonundan olan O.Ağayevin atası Azər Ağayev Birinci Qarabağ müharibəsi veteranıdır və Mingəçevirdə yerləşən Ağdam rayon 51 saylı orta məktəbin hərbi rəhbəridir.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ