Ermənilər atəşkəsi pozdular

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ