Laçında çimərkən ölən hərbçilərin görüntüləri yayıldı - video

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri yayılıb.

Video sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ