Rza Xudiyev vəzifəsindən azad edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Bu barədə Qaynarinfo saytı məlumat yayıb.

Nəşr bildirir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Onun babası və atası da məşhur yanğınsöndürənlərdən olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ