Bakıda azadlığa çıxan məhbus qadınlar - FOTO

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
 
Buta.media xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 25 qadın məhkum azadlığa buraxılıb. Onlar ölkə başçısına təşəkkürlərini bildiriblər. 
 
Azadlığa buraxılanlar arasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var. 
 
Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub.


 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ