Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.
Belə ki, S. Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsinə əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, S. Həziyev Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı general-polkovnik Kərəm Mustafayevin yaxın adamı hesab olunur.