MN: Azərbaycan Ordusunun yaşayış evini atəşə tutması yalandır

Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır.

Buta.media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər. Qeyd edilib ki, yayılan məlumatlar təxribat xarakteri daşıyır.

Bundanəlavə MN-nin məlumatında bildirilir ki, fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ