Millət vəkili Vahid Əhmədovun oğlu Zəfər Əhmədov vəzifəsindən azad edilib.
Qaradağ rayon prokuroru vəzifəsində çalışan Z.Əhmədovun 5 illik səlahiyyət müddəti başa çatıb. Yenidən eyni vəzifəyə təyin edilməyib.
Baş prokuror Kamran Əliyev onun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Əmrə əsasən, Zəfər Əhmədov iyul ayının 2-də sərəncama götürülüb.