Gəncədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı iş yoldaşını güllələyib.
Bu barədə Unikal məlumat yayıb.
Sayt bildirir ki, FHN-nin iki əməkdaşı “VAZ-2106” markalı minik avtomoilində mübahisə ediblər. Daha sonra tərəflər biri digərinə odlu silahdan atəş açıb. 1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.
Bu zaman Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.