Külək İran bayrağını Azərbaycan tərəfinə atdı: Sərhədçilərimiz təntərahla geri qaytardı

Fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlanıb. 

Bu barədə DSX-dan məlumat verilib.

İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətiriib, Azərbaycan və İran İslam Respublikasının sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb. 

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ