İtkin düşən Azərbaycan hərbçisi Ermənistana keçib?

“Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi keçmə ehtimalı ilə bağlı məlumata sahib deyil”.

Bu barədə məlumatı Ermənistan MTX yayıb.

Qeyd olunub ki, məsələ ilə bağlı hər hansı yeni məlumat olduqda ictimaiyyətə bildiriləcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. Daha sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini iddia edib.

10:57

İtkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu Ermənistan tərəfindən Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.

Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyi bildirilir.

Məlumatı rəsmi olaraq hələlik nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.

09:53

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ