Azərbaycanda yüksək vəzifələrə təyinatlar olub

Elşad Məmmədli Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə rəis təyin edilib.

Müvafiq əmri ədliyyə naziri imzalayıb. Nazirin digər əmri ilə Vüqar Ağayev isə Probasiya xidmətinin rəisi təyin olunub.

Elşad Məmmədli bu vəzifəyə təyin olunanadək Almaniyanın “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.

Vüqar Ağayev isə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ