Qadınları zorla fahişəliyə cəlb etdi, biri intihara əl atdı – Şamaxıda olay

Şamaxı rayonunda qadınları fahişəliyə cəlb etməkdə və digər cinayətlərdə ittiham olunan Elnarə Əzizova həbs edilib.

 
Buta.media-nın telegraf.com-a istinadən verdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.
 
Qeyd edək ki, Elnarə Əzizova başqasına məxsus mülkdə qanunsuz olaraq əxlaqsızlıq yuvası təşkil edib. O, həmin evdə qadınları fahişəliyə cəlb edib. Fahişəlik etməkdən boyun qaçıranları soyuq silahla hədələyib. Elnarə Əzizovanın bu qanunsuz əməlindən təngə gələn bir qadın intihar edib.
 
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Elnarə Əzizova həbs edilib.
 
İstintaq orqanı tərəfindən Elnarə Əzizovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Şamaxı rayon Məhkəməsinə təqdimat göndərilib. Hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub.
 
Elnarə Əzizovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda bu cinayət işi üzrə ibtidai istintaq davam edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ