Xəzər dənizində atəş açıldı: Saxlanılan var - video

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi Xəzər dənizinin Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi təqibetmə əməliyyatına başlayıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sərhəd gözətçi gəmisi aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb.

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İrana məxsus 2 (iki) nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin İran vətəndaşları 33 yaşlı Muxtar Əbdi Yalci və 24 yaşlı Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qanunsuz yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ