Ağdamdakı Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq

“Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk brifinqdə deyib. 

“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Momorandumla Qarabağ bölgəsində atəşkəsə nəzarət və qanun pozuntularının qarşısının alınması məqsədilə 30 yanvar 2021-ci il tarixində Ağdamda təşkil edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses tərəflərin qarşılıqlı koordinasiyası ilə davam etməkdədir”, - deyə o əlavə edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ