Rusiya sülhməramlıları Qarabağı tərk edirlər - yeni görüntülər

Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinin yeni görüntüləri yayılıb.

Görüntülər Rusiyanın Telegram kanallarında paylaşılıb.

Qeyd edək ki, daha əvvəl Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməyə başladığını təsdiq edib.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. 

“Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ