Vilayet Eyvazov Bakının iki rayonuna yeni polis rəisləri təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Nəsimi və Yasamal rayonlarına yeni polis rəisləri təyin edib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) idarə rəisi polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə, Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev isə vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunub.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ