Şöbə rəisi yeni vəzifəyə təyin edildi

Nərimanov Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ