Bədbəxt hadisə nəticəsində ölən əsgərin görüntüsü yayıldı

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlu təlim zamanı açılmış atəş nəticəsində vəfat edib.

Əslən Qubanın Əlik kəndindən olan Saleh bu gün doğulduğu rayonda dəfn ediləcək.

Qeyd edək ki, S.Xələfovun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Fakt üzrə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ