Bakıda avtomobil polis əməkdaşını vurdu

Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Binə qəsəbəsində yolu keçən polis əməkdaşı, 2001-ci il təvəllüdlü Hüseyn Məhərrəm oğlu Qulamovu avtomobil vurub.

O, digər polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ