Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edəcəklər - video

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın  23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ