Nazir iki rayona yeni polis rəisi təyin etdi

Neftçala və Oğuz rayonlarına yeni polis rəisləri təyin edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi, Nəsimi rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ