Nazir polis rəisini təqaüdə göndərdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Buta.media-nın məlumatına görə, Oxu.Az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Tahir Həsənov yaşa görə işdən azad olunub.

Onun yerinə Şəmkir rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi Polis polkovniki-leytenantı Üzeyir Atamov təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ