Ehtiyatsız davranış səbəbindən həyatını itirən polislər - foto

Ehtiyatsız davranış səbəbindən həyatını itirən iki polis əməkdaşlarının görüntüləri yayılıb.

Hadisə ötən gün baş verib. Belə ki, işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları Ramiz İsmayılov və Abid Mustafazadə xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

13.03.2024

İşğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Hadisə bu gün saat 03 radələrində baş verib.

Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ