Gənc həkimi öldürən Talıblı həbs edildi - FOTO

Gənc həkim Lalə Sadayzadəni piyada keçidində vuran avtoxuliqan həbs edilib.

 
Buta.media-nın məlumatına görə, bu barədə haqqın.az yazır.
 

Məlumatda qeyd edilir ki, Səbail rayon məhkəməsində kardioloq Lalə Sadayzadənin ölümündə təqsirli bilinən Sabir Talıblı ilə bağlı dinləmələr keçirilib.

Məhkəmədə vəkil Elçin Sadıqiv S. Talıblının günahkar olmasına dair kifayət qədər sübutlar olduğundan onu həbs etməyi xahiş edib. Məhkəmənin qərarı ilə Sabir Talıblı həbs edilib.
 
Xatırladaq ki, yanvarın 18-də Mərkəzi Klinik Xəstəxananın qarşısından piyada keçidindən keçən Lalə Sadayzadə Mitsubishi maraklı avtomobil ilə ölümcül vurulmuşdu.


Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılmışdı. Bildirlir ki, hadisəni törədən sürücü - Talıblı tələbədir. Atası bizneslə məşğuldur, anası isə Bakının hansısa rayonunda İcra Hakimiyyətində işləyir. 
 
L. Sadayzadənin anasının sözlərinə görə,  avtomobil çox yüksək sürətlə hərəkət edib: "Əynindəki gödəkçəsi cırıq-cırıq olub balamın, kəllə sümüyü sınıb.


 "Lalənin iş yoldaşları, tibb personalı hamısı səsə gəliblər. Hadisə yerinə çatanda avtomobilin vurduğu şəxsin Lalə olduğunu, keçindiyini görüblər. Deyilənə görə avtomobilin sürəti təqribən 120 km/saat olub.”-İsmayılova deyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ