Şirvandakı hərbi zavodda partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Şirvan şəhərində yerləşən  “Şirvan Araz zavodu” MMC-də baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə gətirilən üç nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub.

Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ