Vilayət Eyvazovdan Bakıdakı tıxaclarla bağlı - TƏLƏB

Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına dair Kollegiya iclası keçirilib. İclasda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda nəqliyyat sıxlığının mövcudluğundan və tıxacların yaranmasından danışıb.

Nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.

Vilayət Eyvazov həmçinin müasir texnologiyaların tətbiqi və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin xalqa xidmət funksiyalarını daha böyük peşəkarlıqla həyata keçirməsinin vacibliyini nəzərə çatdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ