XTQ-nin yeni komandanı kim olacaq? Hikmət Mirzəyevin yerinə bu general gətirilir

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yeni komandanı general-mayor Akif Pirverdiyev ola bilər. 

Bu barədə Yenisabah.az-a adının açıqlanmasını istəməyən keçmiş yüksək rütbəli zabit məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl general-leytenant Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Akif Səməndər oğlu Pirverdiyev peşəkar hərbçidir. Onun karyerasının əsas dövrü Müdafiə Nazirliyi ilə bağlıdır. A.Pirverdiyev polkovnik rütbəsini daşıdığı dövrdə Müdafiə Nazirliyində yüksək vəzifə tutub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 iyun 2022-ci ildə general-mayor rütbəsinə layiq görülüb, “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. 

H.Mirzəyev Quru Qoşunlarının komandanı-müdafiə nazirinin müavini təyin olunandan sonra A.Pirverdiyev onun vəzifəsini icra edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ