Gəncədə ata və oğulun avtomobillə vurulma anının - VİDEOSU

Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anının görüntüləri yayılıb.

 
Buta.media-nın məlumatına görə, ONA-nın yerli bürosu həmin görüntüləri əldə edib. 
 
Video görüntüdən məlum olur ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində yüksək sürətlə idarə olunan “VAZ-2107” markalı avtomobil yolu keçən ata və oğulu vurur.
 
Qeyd edək ki, məlum qəza nəticəsində 54 yaşlı Qəribov Səttar Əsgərəli oğlu dünyasını dəyişib. Onun oğlu, 1990-cı il təvəllüdlü Qəribov Anar Səttar oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ