Quru Qoşunların komandanı ehtiyata buraxıldı - foto

Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıb.

Digər məlumata əsasən, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. H.Mirzəyev bu vəzifədə general-leytenant Ənvər Əfəndiyevi əvəzləyib.

Müdafiə Nazirliyi isə bildirilib ki, Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Bir müddət öncə Quru Qoşunları Komandanı general-leytenant Ənvər Əfəndiyev, "N" saylı hərbi hissənin komandiri Vüqar İsfəndiyarov və gizir rütbəli bir şəxsin Kəlbəcərin Göyçə-Daşkəsən stikinə yaxın ərazidə minaya düşmüşdü.

Qeyd edək ki, General-leytenant Əfəndiyev Ənvər Zəkəriyyə oğlu 18 noyabr 1965-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub.

13.08.2015-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

23.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.
Ailəlidir. İki övladı var.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ