Hikmət Mirzəyevə yüksək vəzifə verildi

General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.

Sözügedən təyinatla bağlı Müdafiə Nazirliyi heç bir rəsmi açıqlama yaymayıb.

Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib. 

Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə general-leytenant hərbi rütbəsi verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ