Xəbər verdiyimiz kimi, “Tərtər işi”nə görə ittiham olunan general Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən eyni iclasda digər ittiham olunan zabitlər - Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədova da hökm oxunub.
Hökmə əsasən Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.
Qeyd edək ki, Ziya Kazımov həm İkinci Qarabağ müharibəsində, həm son antiterror tədbirlərində iştirak edib. O, hələ də xidmətini davam etdirir.