Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Buta.media xəbər verir ki, ONA-nın yerli bürosunun məlumatına görə, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə polis polkovniki Ədalət Sadıqov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Ə.  Sadıqov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin noyabrında təyin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ