Türkiyə Azərbaycana yeni PUA-lar vəd edib

“İkinci “KIZILELMA” Azərbaycan səmasında uçacaq”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Aselsan” şirkətinin Azərbaycanda “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə yol mühəndəsliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: 

“Bizdə Bayraktar var. O, bu gün Azərbaycan səmasında Azərbaycanın təhlükəsizliyi üçün uçur. Bizdə “KIZILELMA” var. “KIZILELMA”nın ikincisi Azərbaycan səmasında uçacaq. Türkiyə “Şuşa Bəyannaməsi” əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir”.

Səfir söyləyib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycanın inkişafına töhfə verir.

Qeyd edək ki, “KIZILELMA” pilotsuz uçuş aparatının (PUA) istehsalına 2020-ci ildən başlanılıb. PUA-nın ilk uçuşu 2022-ci ildə həyata keçirilib. “KIZILELMA”nın istehsalçısı “Baykar” şirkətidir.

Xatırladaq ki, Azərbaycanda Türkiyənin ASELSAN şirkətinin “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılışı olub. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, şirkətin Bakıdakı nümayəndəsi Özgür Kurum, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov və digər rəsmilər iştirak ediblər.

ASELSAN Türkiyənin müdafiə sənayəsi şirkətidir və 1975-ci ildə yaradılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ