Atası və qardaşı şəhid olan polkovnik qəfil vəfat etdi - foto

Azərbaycan Silahlı Qüvvələrindən bir müddət əvvəl ehtiyata buraxılan polkovnik Tofiq Orucov qəfil vəfat edib.

T.Orucov bu gün qəfil ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, T.Orucov Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsidndə iştirak edib. 1975-ci il təvəllüdlü zabit bir müddət əvvəl ordu korpuslarından birinin mühəndis xidmətinin rəisi vəzifəsindən azad edilərək ehtiyata buraxılıb.

O, Vətən müharibəsindən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Əslən Laçın rayonunun Fərraş kəndindən olan Tofiq Orucovun atası Miryusif Orucov və qardaşı Rafiq Orucov l Qarabağ müharibəsinin şəhidləridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ