Zakir Həsənov “ROKETSAN” rəhbərliyi ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilbi ki, nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin "ROKETSAN" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

“ROKETSAN” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ