“Pazfarm” şəbəkəsi ilə bağlı araşdırma aparılır - DİN

Sosial şəbəkələrdə Azərbaycanda “Pazfarm” adlı şəbəkənin yüzlərlə insanın xeyli miqdarda vəsaitini ələ keçirməsi barədə məlumatlar yayılır.

İnsanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazanma təklif edən şəbəkənin toplanan pulları ələ keçirərək fəaliyyətini dayandırdığı bildirilir.

Bəzi şəxslərin bu şəbəkəyə 50 min manatadək vəsait yatırması barədə məlumatlar var.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, bu barədə məlumatlıdırlar və faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ