Azərbaycanda İranın tapşırıqlarını yerinə yetirən doqquz nəfər həbs edildi - foto

Azərbaycanda dini radikalizmin təbliğinə və pozuculuq fəaliyyətinə cəlb edilmiş şəbəkənin bir qrup üzvü polis əməkdaşları tərəfindən həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, doqquz nəfər şəxs narkotik aludəçilərini yardım adı altında əməkdaşlığa cəlb ediblər. Onlar ölkədə “kərimə dövləti” qurulmasını təbliğ ediblər.

İrandan idarə edilən radikal dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

İfşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların radikal fəaliyyəti haqqında sosial şəbəkə hesablarında çoxsaylı faktlar var.

Onların siyahısını təqdim edirik:

1. Fərman Süleyman oğlu Kərimov

2. Rüfət Rasim oğlu Mayılov

3. Vilayət Məmməd oğlu Qədimov

4. Aqil Əlişir oğlu Rzayev

5. Bəhruz Tofiq oğlu Sadıqov

6. Süleyman Nəsir oğlu Ələkbərov

7. Usub Sədrəddin oğlu Əliyev

8. Musa Surəddin oğlu Quliyev

9. Tofiq Ağacəlil oğlu Rəhimov.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ