Xankəndidən sonra Xocalı və Tərtərə də müvəqqəti komendantlar təyin edilib.
Polis polkovniki Elçin Qasımov Tərtərə, polkovnik Zaur Nəbiyev isə Xocalıya komendant təyin olunub.
Zaur Nəbiyev 2020-ci ildə Xocalının polis rəisi təyin edilmişdi. Elçin Qasımov isə 2018-ci ildən Tərtərdə eyni vəzifəni yerinə yetirirdi.
Qeyd edək ki, daha öncə polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.
18:02
Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında bildirib.
Nazir, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.